Sumqayıt Dövlət Dram Teatrı azyaşlı tamaşaçıları sevindirib (FOTO)


Digərləri 16 Fev 2019 08:50:26 173 0

Sumqayıt Dövlət Dram Teatrı azyaşlı tamaşaçıları sevindirib (FOTO)

Sumqayıt Dövlət Dram Teatrı azyaşlı tamaşaçıları sevindirib

Bakı. Tural Turan - Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümündə bir çox uğurlu layihələr gerçəkləşdirməklə bərabər fərqli janrda, yeni, maarifləndirici, müxtəlif kontingenti əhatə edən tamaşaların da repertuarına əlavə olunmasına eyni həssaslıqla yanaşır. Tamaşaların davamlı olaraq nümayişini təşkil etmək məqsədi ilə teatr rəhbərliyi aylıq repertuar planını təsdiqləyir, teatrda yaradılmış marketinq prinsipi ilə ictimai nəqliyyatda, sosial şəbəkələrdə, ASAN Xidmət Mərkəzində və müxtəlif ali təhsil ocaqlarında hər kəs tamaşalar barədə vaxtaşırı məlumatlandırılır. Trend-in məlumatına görə, cari mövsümdə daha çox axşam tamaşaları ilə şəhər sakinlərinin görüşünə gələn SDDT nəhayət azyaşlı tamaşaçıların maraqla izləyə biləcəyi, təhsil almanın vacibliyinin, valideynlərin övladlarına dəstək olaraq onları bu yöndə motivasiya etmələrinin asan, anlaşıqlı dillə və dialoqlarla vurğulandığı bir tamaşanı təhvil verdi.