Paralimpiyaçılarımız ehtiyac olan nəqliyyat vasitəsi ilə


Digərləri 16 Fev 2019 08:47:00 235 0

Paralimpiyaçılarımız ehtiyac olan nəqliyyat vasitəsi ilə

Bakı Nəqliyyat Agentliyi (BNA) ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK) arasında memorandum imzalanıb.

Son.az bildirir ki, sənədi Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi prezidenti İlqar Rəhimov imzalayıblar. Sənəd, Agentlik və Komitə arasında nəqliyyat dəstəyi və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir.

Memoranduma əsasən BNA Komitənin təşkil etdiyi idman tədbirləri və yarışlar zamanı idmançıları ehtiyac olan nəqliyyat vasitəsi ilə ödənişsiz təmin edəcək. Bundan əlavə, 10-15 may 2019-cu il tarixləri ərzində ölkəmizdə keçirilən beynəlxalq "Bakı 2019 Qran-Pri" yarışında xarici və yerli idmançıların nəqliyyat vasitəsi ilə təmin edilməsini BNA öz üzərinə götürür.