Nigeriyada silahlıların hücumu zamanı 66 nəfər öldürülüb, yaralılar var


Dünya 16 Fev 2019 08:38:00 197 0

Nigeriyada silahlıların hücumu zamanı 66 nəfər öldürülüb, yaralılar var

Nigeriyada naməlum silahlıların hücumu zamanı onlarla insan həlak olub.

Son.az "Report"a istinadən bildirir ki, naməlum silahlılar ölkənin Maro Gida və İri bölgələrinə hücum ediblər. Hücum zamanı 66 nəfər öldürülüb, xeyli sayda insan yaralanıb.

Vilayətin mətbuat sözçüsü Samuel Aruşan bildirib ki, bölgəyə təhlükəsizlik qüvvələri cəlb edilib, hadisə ilə bağlı araşdırmalara başlanılıb. O, insanları qarşıdurmadan çəkinməyə çağırıb.