MIUI 11 alaca Xiaomilər SİYAHI


Digərləri 16 Fev 2019 08:15:00 242 0

MIUI 11 alaca Xiaomilər  SİYAHI

Bir neçə müddət bundan öncə biz xəbər vermişdik ki, Xiaomi şirkətinin tərtibatçıları artıq MIUI 11 interfeysinin hazırlanmasına start veriblər. İndi isə internetdə bu interfeysi hansı Xiaomi smartfonlarının əldə edəcəkləri barəsində siyahı ortaya çıxıb. Bu barədə Mydrivers saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, təbii ki, bu hələki təsdiq edilməmiş siyahıdır. Beləliklə siyahıya əsasən MIUI 11 interfeysini əldə edəcək Mi seriyası smartfonları: Xiaomi Mi9, Mi Mix 3, Mi8, Mi8 SE, Mi8 Lite, Mi8 EE, Mi Mix 2S, Mi Mix 2, Mi Mix, Mi 6X, Mi6, Mi Note 2, Mi Note 3, Mi 5X, Mi 5c, Mi 5s, Mi 5s Plus, Mi Max 2, Mi Max, Mi Max 3 və Mi Play.