Abe Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb


Dünya 16 Fev 2019 08:02:00 224 0

Abe Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb

Yaponiyanın baş naziri Sindzo Abe ölkə adından ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Politico" məlumat yayıb.

Trampın sözlərinə görə, o, bu barədə Abenin özü vasitəsilə məlumatlanıb. Yaponiyanın baş naziri bildirib ki, Trampın Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında sülhü qaydaya salması ilə bağlı əməyini qeyd etməyə dəyər.