ABŞda atışma zamanı ölən və yaralananların sayı artıb YENİLƏNİB FOTO


Dünya 16 Fev 2019 07:38:00 216 0

ABŞda atışma zamanı ölən və yaralananların sayı artıb  YENİLƏNİB  FOTO

07:38

ABŞ-ın İllinoys ştatının Avrora şəhərində baş vermiş atışma zamanı ölənlərin və yaralananların sayı artıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Associated Press" polisə istinadən xəbər verib.

Bildirilir ki, hadisə zamanı ölənlərin sayı 5 nəfərə çatıb. Hadisə zamanı həmçinin daha 6 nəfər yaralanıb. Yaralılar arasında polis əməkdaşları və mülki şəxslər də var.

Məlumata görə, hadisəni törədən şəxs zərərsizləşdirilib. O, şəhərin sənaye kompleksinin 45 yaşlı sakinidir.  

***

ABŞ-ın İllinoys ştatında, Avrora şəhərində baş verən atışma zamanı azı 1 nəfər həlak olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.


Xəbərə aid fotolar