Bakıda yanğın olan mənzildə meyit tapıldı


Digərləri 16 Fev 2019 07:25:00 178 0

Bakıda yanğın olan mənzildə meyit tapıldı

Bakıda mənzildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Ümumi sahəsi 67 m² olan üç otaqlı mənzilin mətbəxində çarpayı yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1983-cü il təvəllüdlü Kornaunov Vasiliy Dimitriyeviçin meyiti aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.