LinkedIndə canlı yayım funksiyası istifadəyə verilib


Digərləri 16 Fev 2019 07:01:00 214 0

LinkedIndə canlı yayım funksiyası istifadəyə verilib

"LinkedIn" sosial şəbəkəsində videonu seçilmiş qruplar və ya bütün şəbəkə auditoriyası üçün real vaxt rejimində translyasiya etməyə imkan verən yeni onlayn yayım servisi istifadəyə verilib.

Son.az ICTnews-a istinadən bildirir ki, hazırda "LinkedIn Live" adlı beta versiyadan dəvət əsasında yalnız ABŞ istifadəçiləri yararlana bilərlər. Yaxın həftələr ərzində aksiyada iştirak etmək arzusunda olanlar üçün kontakt formasının dərc ediləcəyi gözlənilir. Sosial şəbəkə tərəfindən "LinkedIn Live" servisində bütün istifadəçilər üçün video yaratmaq imkanının nə vaxt mümkün olacağı, hələ ki, məlum deyil.  

Şirkət nümayəndələrinin sözlərinə görə, birbaşa translyasiyalar bu gün bütün sosial şəbəkələr üçün ən tələb olunan funksiyadır.