Günün qoroskopu: Qələbə uğrunda mübarizə aparmaq gərəkdir


Digərləri 16 Fev 2019 00:01:00 290 0

Günün qoroskopu: Qələbə uğrunda mübarizə aparmaq gərəkdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Çətin olacaq. Yaranan problemlər və formalaşan çətinliklər mürəkkəbdir. Onları çözmək üçün baş sındırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları yarana bilər. Dövlət qurumlarının nümayəndələri ilə təmaslarda diqqətli olun.

Daşınmaz əmlak və ya nəqliyyat vasitəsi ilə bağlı əməliyyatlar məsləhət deyil.

Emosional fon stabil deyil. Gah sevinir, gah da səbəblərini özünüz anlamadığınız təlaşa və nigarançılığa qapılırsınız. Yaxınlarınızla dil tapmaq çətinləşir.

Sevdiyiniz insanla münaqişə yaratmayın.

Buğa - Maraqlı, əlverişli və məhsuldar gündür. İstənilən, hətta ən çətin işə başlaya bilərsiniz. Bilik və bacarıqlarınızdan yararlanın. Yalnız kəskin zərurət yarananda yardım üçün dostlara müraciət edin. Tanışlar və ya tərəfdaşlar sizə dəstək verə bilərlər. İndiyədək bədxahlarınızın yanında olan şəxs müttəfiqinizə çevrilə bilər.

Şəxsi münasibətlərdə təşəbbüs üçün əlverişli zamandır. Yeni tanışlıqlar asanlıqla yaranır.

Emosiyalara qapılmayın, illüziyaların əsiri olmayın.  

Əkizlər - Aktiv və enerjili olun. Hər şey istədiyiniz kimi getməsə də, hadisələrin axarını dəyişərək məcrasına müdaxilə etməyə çalışmayın. Situasiya ilə barışın, şanslar və imkanlardan yararlanın. Mənasız, heç bir əsası olmayan məsrəflər etməyin.

Günün ikinci yarısında yaxşı gəlir əldə edə bilərsiniz.

İstək və niyyətlərinizin əsiri olmayın. Onlar sizi planlaşdırmadığınız yerə apara bilər.

Uzaq səfər və ya səyahət məsləhət deyil.

Xərçəng - Ehtiyatlı və sayıq olun. Xoşagəlməz hadisələrin yaşanma ehtimalı böyükdür. Eksperimentlər etməyin, riskə aludə olmayın. Bu minvalla təhlükəsizliyinizi təmin etmiş olarsınız. Uzun səfər üçün əlverişli gün deyil. Ekstremal hisslər sizi düşünülməmiş addımlar atmağa vadar etməsin. Sizə qarşı aqressiv mövqe tutan insanlarla görüşdən yayının.

Bütün diqqəti öz işlərinizə yönəldin. Başqalarının işlərinə mümkün qədər az müdaxilə edin. Kiməsə yardım edə bilməyəcək, hətta vəziyyəti daha da korlayacaqsınız. Alış-verişdə bədxərclik etməyin. Nə isə almaq istəyirsinizsə, o əşyanın sizə nə dərəcədə gərəkli olduğunu düşünün.

Şir - Tələsməyin, düşünülməmiş addımlar atmayın. Təmkinlə davransanız, faydalı işlər görərək yaxşı nəticələr əldə edə bilərsiniz. Başqasının dediklərindən daha çox, öz fikirlərinizə bel bağlayın. Yaranmış situasiyada necə davranacağınızı müəyyənləşdirin. Yaxın ətrafınızdakı insanlar bunu dəqiqləşdirə bilmirlər.

Yeni iş və ya layihəyə başlamaq olar. Bilik və bacarıqlarınızı artırın, dünyagörüşünüzü genişləndirin. Təcrübəli, bilikli insanlarla təmaslarda xeyir var.

Hüquqi məsələlərin həlli üçün münasib gündür. Şəxsi münasibətlərdə kiçik problemlər yarana bilər.

Ruhdan düşməyin.