"Şeyx Cüneyd" türbəsi Qızılbaşların Qusardakı yadigarı FOTO


Digərləri 15 Fev 2019 23:34:00 372 0

"Şeyx Cüneyd" türbəsi  Qızılbaşların Qusardakı yadigarı  FOTO

Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin şərəfinə ucaldılmış XVI əsrə aid türbə Qusarın ən mühüm tarixi-memarlıq abidələrindən biridir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, rayonun Həzrə kəndində yerləşən türbəni hər il 800-dən çox yerli və əcnəbi turist ziyarət edir.

Türbədə dəfn olunan Şeyx Cüneyd Səfəvi şeyxidir. Şirvanı istila etmək niyyətində olan Şeyx Cüneydin qarşısı Şirvanşah Xəlilullah tərəfindən kəsilib. 1460-cı ildə Samur çayının sol sahilində yerləşən Qıpçaq kəndində baş verən döyüşdə qızılbaş qoşunları məğlubiyyətə uğrayıb, Şeyx Cüneyd isə həlak olub. Şeyxin müridləri onun cənazəsini Samur çayının sağ sahilinə gətirərək Həzrə kəndində dəfn ediblər.

Məzar üzərində türbə 1544-cü ildə tikilib. Tarixi mənbələrdə Şeyx Cüneydin Şah İsmayıl Xətainin ulu babası olduğu göstərilir. Şeyx Cüneydin nəşinin qalıqları onun tərəfindən Ərdəbilə aparılaraq torpağa basdırılıb.

Ölümündən 84 il sonra Səfəvi hökmdarı I Təhmasib babasının xatirəsinə həm Ərdəbildə, həm də indiki Qusar rayonunun Həzrə kəndində eyni tipli türbə tikdirib. Həzrədəki türbənin inşasında Ərdəbil sənətkarları da iştirak edib.

Beş yüz ilə yaxın yaşı olan türbə keçmiş sovetlər dövründə müxtəlif məqsədlər üçün istifadə edilib. Müstəqillik dövründə isə tarixi məbədə diqqət yenidən artırılıb, türbə təmir olunaraq ətrafı abadlaşdırılıb.


Xəbərə aid fotolar