Açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyindən FOTOREPORTAJ


Digərləri 15 Fev 2019 23:39:00 312 0

Açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyindən FOTOREPORTAJ

Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ərazisində daha 3 görkəmli azərbaycanlının büstü ucaldılıb. Bununla da burada ucaldılmış tanınmış ziyalı, şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərinin büstlərinin sayı 59-a çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni qoyulan büstlər tanınmış bəstəkar Ramiz Mirişliyə, heykəltəraş Ömər Eldarova və sovet dövründə hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş azərbaycanlı general-leytenant Hüseyn Rəsulbəyova məxsusdur.