Məşhurların bilinməyən SİRLƏRİ FOTO


Digərləri 15 Fev 2019 23:45:00 314 0

Məşhurların bilinməyən SİRLƏRİ  FOTO

Dəbdəbəli həyat yaşayan ulduzların əsl həyatları hər zaman maraqlı olub.

Son.az ölkə.az-a istinadən dünya ulduzları haqqında bu günə qədər bilinməyən maraqlı məqamları çatdırır.

Madonna

Madonna məşhur olmadan əvvəl "Dunkin Donuts" kafesində ofisiant işləyib. Müştərinin üstünə krem dağıtdığı üçün işdən də qovulub.

Silvestr Stallone

Karyerasının əvvəlində yoxsulluqdan əziyyət çəkib. Hətta Butkus adlı itini 50 dollara satmaq məcburiyyətində qalıb. "Roki" filmindən sonra isə ilk işi 3 min dollar verib itini geri qaytarmaq oldu.

Natali Portman

Natali həm liseydə, həm də universitetdə elmi məqalələr hazırlayıb, elmlə çox maraqlanıb.

Elvis Presli

Elvis Preslinin yumurta əkizi var idi və digər körpə ana bətnində tələf olub. Rok kralı özündən 35 dəqiqə əvvəl dünyaya gələn əkizinin onu qoruyan mələk olduğuna inanırdı.

Şakira

Şakiranı məktəbin xorundan qovublar və dostları onu keçi səsli adlandırıblar. Məktəbdə keçi səsli ləqəbi ilə tanınan qız dünyanın ən məşhur səslərindən birinə çevrildi.


Xəbərə aid fotolar