Azərbaycanda məktəblilər spirtli içkidən zəhərləniblər


Digərləri 15 Fev 2019 23:51:00 307 0

Azərbaycanda məktəblilər spirtli içkidən zəhərləniblər

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

Son.az report-a istinadən bildirir ki, rayon sakinləri olan 16 yaşlı iki gənc alkoqollu içkidən zəhərlənib.

Onlardan biri içkinin təsirindən bir müddət şoka düşüb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. 

İlkin məlumata görə, hər iki gənc məktəblidir və eyni sinifdə oxuyurlar. Məktəblilərin zəhərlənmələrinə səbəb isə alkoqollu içkini normadan artıq qəbul etmələri olub.

Faktla bağlı araşdırma aparılır.