Qəbizlik xəstəlikdir, ya yox?


Digərləri 15 Fev 2019 23:05:00 255 0

Qəbizlik xəstəlikdir, ya yox?

Dünyada elə bir adam yoxdur ki, həyatında bir neçə dəfə qəbizliklə üzləşməsin. Təəssüf ki, bu gün qəbizlik adi hala çevrilib və normal tualeti olan insan barmaqla sayılacaq qədərdir. 

Əslində qəbizliyə xəstəlik kimi çoxları yanaşmasa da, bir çox problemlər qəbizlikdən yaranır: baş ağrısı, ağızdan pis qoxu, dərinin boğuq rəng alması, halsızlıq, həzm problemləri, əsəb və s.

Qəbizlik bir çox mədə-bağırsaq, hətta sinir, beyin mənşəli olsa da, adi qəbizliyi düzgün qidalanma ilə azaltmaq və aradan qaldırmaq olar.

Həkimlər deyir ki, düzgün qidalanma ilə yanaşı düzgün həyat tərzi və aktiv hərəkət də olmalıdır ki, effekt olsun. 

Ümumdünya Səhiyyə Təşkilatının təklifinə görə, qidalanmada heyvən mənşəli qidaları və yağları azaltmaq lazımdır. Xüsusən trans yağlardan imtina etmək lazımdır. Qidalanmada bitki tərkibli qidalar və çiy meyvə-tərəvəz, paxlalılar, yarmalılar üstünlük təşkil etməlidir. Eyni zamanda sadə karbohidratları azaltmaq lazımdır. Bunlar şirniyyat, makaron, qazlı içkilər, qənd, şəkərdir. 

Tibbə görə, normal stul gündə 1-2 dəfədən həftəyə 3-5 dəfəyə kimi hesab olunur. Yəni insan  sutkada 1-2 dəfə tualetə getməsi normaldır. Gündə getməsə, həftədə say 3-5 olarsa bu da normala yaxındır. Qalan hallarda bundan əskik say qəbizlik hesab olunur. 

Son.az medicina.az-a istinadən bağırsaqların boşalmasını stimulə edən ərzaqları təqdim edir:

-Quru meyvələr -Çiy meyvələr -Kefir -Marinadlar -Turş meyvələr -Yulaf, qarabaşaq -Qara və çovdar çörəyi -Kəpəkli çörək

Qəbizliyi olanlar üçün ən uyğun ərzaqlar: kələmin bütün növləri, qara gavalı, üzüm, qarpız, çuğundur.