Amerika hərbi bazası yaxınlığından yadplanetli gəmi uçdu VİDEO


Digərləri 15 Fev 2019 23:15:00 299 0

Amerika hərbi bazası yaxınlığından yadplanetli gəmi uçdu  VİDEO

Amerikanın Kaliforniya ştatındakı Santa-Barbara şəhərində yerləşən "Vandenberq" hərbi hava bazası yaxınlığından yadplanetli gəmi keçib.

Son.az ölkə.az-a istinadən bildirir ki, məlum hadisə lentə alınıb və internetə yüklənib.

Video çarxda siqara bənzər naməlum obyekt görünür və obyekt üfüqdə yoxa çıxır. Hadisəni lentə alan şəxs qeyd edib ki, UNO-nu təsadüfən görüb və mobil telefon vasitəsilə onu lentə alıb.

Əvvəlcə hadisə şahidi gördüyü obyektin adi dirijabl olduğunu düşünsə də, sonradan belə olmadığını başa düşüb. Məsələ bundadır ki, naməlum obyekt bir anlıq elektrik ötürücüləri olan təpəyə yaxınlaşıb. Heç bir dirijabl isə elektrik enerjisi ötürücüsünə bu qədər yaxınlaşa bilməz. Yəqin "uçan boşqablar" buraya yaxınlaşaraq enerji şəbəkəsindən qidalanırlar.