Bu simptomlar zəif ürəyə işarə edir


Digərləri 15 Fev 2019 23:30:00 262 0

Bu simptomlar zəif ürəyə işarə edir

Bir çox hallarda ürək xəstəlikləri gizli inkişaf edir. Bu çox təhlükəlidir.

Bəzən hətta cavan insanlar ani ürək ölümünün qurbanı olur. Ürəyin zəifləməsinə işarə edən simptomlar bunlardır:

- Sinədə ağrılar

Ağrı qola, çiyinlərə, aşağı çənəyə də "vura" bilər. Sinədə ağrılar sizi tez-tez narahat edirsə vaxt itirmədən həkimə müraciət edin.

- Adi fiziki aktivlik zamanı təngənəfəslik

Piyada gedəndə, pilləkənlə qalxanda, adi ev işləri görəndə təngənəfəs olursunuzsa,  bu ürəyin zəifləməsinə işarə edir.

- Yuxusuzluq və yorğunluq

Özünüzü daim yorğun hiss edirsiniz, tez yorulursunuzsa, yuxusuzluq sizi narahat edirsə, gecə tez-tez oyanırsınızsa, bu ciddi ürək problemlərinə işarə edən simptomlar ola bilər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislərin müşahidələrinə görə, ürək tutması və ya infarktdan 1 həftə əvvəl onların pasiyentləri güclü yorğunluq hiss edirdi və bu yorğunluq hətta dincələndən sonra azalmırdı.

-  Soyuq tər