Azərbaycan nefti bahalaşır


Digərləri 15 Fev 2019 23:30:00 253 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 66,16 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 66,16 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,31 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,31 dollar/barel çoxdur.