Yuxu xəstəliyə qarşı mübarizə aparmağa kömək edir


Digərləri 15 Fev 2019 22:30:00 261 0

Yuxu xəstəliyə qarşı mübarizə aparmağa kömək edir

Məlumdur ki, yuxu xəstə insanın vəziyyətini yaxşılaşdırır. Tədqiqatlar göstərib ki, yuxuda immun sisteminin T hüceyrələri yenidən proqramlaşdırılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, onların effektivliyini artırır. İmmun sisteminin hüceyrələri bədənin zədələnmiş hüceyrələrini daha yaxşı tanımağa və onları məhv etməyə başlayır.

İmmun sisteminin hüceyrələri onların fəaliyyətini gücləndirən və yavaşıdan siqnallar alır. İkinci tip siqnal T hüceyrələrinin zədələnmiş hüceyrələrə qoşulmasına və onları məhv etməsinə mane olur. Zərərsiz sitomeqalovirusuna yoluxan insanların qanının laboratoriya tədqiqatları immun sistemi hüceyrələrinə təsir göstərən maddələrin dörd tipini aşkar etməyə imkan verib.