Diş daşlarını ev şəraitində təmizləyən TƏBİİ ÜSULLAR


Digərləri 15 Fev 2019 22:19:00 275 0

Diş daşlarını ev şəraitində təmizləyən TƏBİİ ÜSULLAR

Dişlərə yapışan yumşaq bakteriya təbəqəsinə diş valı deyilir. Onlar tüpürcəkdə olan minerallar ilə birləşərək sərtləşir və qalın təbəqə əmələ gətirir.

Mili.Az diş daşlarını ev şəraitində təbii üsullarla təmizləməyin yolları ilə tanış edir.

Qoz

İnqrediyentlər:

40 qram qoz qabığı

1 stəkan su

Qoz qabığı antibakterial xüsusiyyəti sayəsində dişləri daşlardan təmizləmək üçün ən təsirli vasitədir. Qoz qabığını bir stəkan suya töküb 20 dəqiqə bişirin. Sonra götürüb soyumasını gözləyin. Dişinizi bu su ilə fırçalayıb 10 dəqiqə saxlayın, sonra su ilə yaxalayın. Gündə 3 dəfə tətbiq etsəniz, qısa müddətdə effektini görəcəksiniz.

Karbonat

İnqrediyentlər:

1 çay qaşığı karbonat

1 çimdik duz

Karbonat da qoz qabığı kimi, antibakterial xüsusiyyətlərə malikdir. Eyni zamanda dişləri ağardıcı təsirə malik olan soda ağız içi pH səviyyəsini balanslaşdırır. Odur ki, karbonat və duzu qarışdırıb dişləri onunla fırçalayın. Bu üsulu bir gündən bir tətbiq etmək olar.

Limonlu su

İnqrediyentlər:

1 çay qaşığı limon suyu

Limon tərkibindəki turşular sayəsində antibakterial təsir göstərir. Nəticə etibarı ilə diş daşlarının aradan qaldırılmasına yardım edir. Dişləri fırçaladıqdan sonra limonlu su ilə yaxalayın. Bir dəqiqədən sonra ağzınızı yaxalayın.

Əzvay bitkisi

İnqrediyentlər:

1 çay qaşığı əzvay geli

4 çay qaşığı bitki mənşəli qliserin

4-5 qaşıq karbonat


Xəbərə aid fotolar