ƏbuDabi Dünya okeanı problemlərinə dair sammitə ev sahibliyi edəcək


Dünya 15 Fev 2019 22:02:00 284 0

ƏbuDabi Dünya okeanı problemlərinə dair sammitə ev sahibliyi edəcək

Mart ayında Əbu-Dabi Dünya okeanı problemlərinə dair növbəti sammitə ev sahibliyi edəcək. Bu, Yaxın Şərqdə həmin mövzuda keçiriləcək ilk beynəlxalq konfrans olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Əbu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanın himayədarlığı ilə keçiriləcək sammitdə 26 ölkədən 500 nümayəndə, o cümlədən dövlət başçıları, siyasi liderlər, təşkilat rəhbərləri və alimlər iştirak edəcəklər.

Forum iştirakçıları innovasiyaların ən mükəmməl tətbiqi yolları, dayanıqlı "mavi iqtisadiyyatın" idarə edilməsi və inkişafı, həmçinin ətraf mühitin çirklənməsinin okeanlara mənfi təsirinin azaldılması məsələlərini müzakirə edəcəklər.