"Diriliş Ərtoğrul"da məyusedici AYRILIQ Məşhur aktyor serialı tərk edir


Digərləri 15 Fev 2019 22:08:00 386 0

"Diriliş Ərtoğrul"da məyusedici AYRILIQ  Məşhur aktyor serialı tərk edir

Reytinq rekordları qıran "Diriliş Ərtoğrul"un baş rol aktyoru Engin Altan Düzyatan layihəni tərk edəcək.

Son.az xəbər verir ki, Ərtoğrul Qazi obrazını canlandıran Düzyatan bu mövsüm sonunda "ölərək" ekran işindən ayrılacaq.

Xatırladaq ki, mövsümün əvvəlində Burak Özçivitin də layihəyə daxil olacağı iddia edilmişdi. Aktyor hətta saqqal saxlayaraq hazırlıqlara başlamışdı. Lakin məlum olub ki, Engin Altanla Burak Özçivit arasında gərginlik yaranıb. Türkiyə mətbuatı iddia edir ki, layihə rəhbərləri Engin Altan Düzyatanı serialından uzaqlaşdırmağa və yerinə Burak Özçiviti gətirməyə qərar verib.