Böyük Britaniyanın safariparkında dişi Amur pələngi digər pələnglərlə dalaşma nəticəsində ölüb


Digərləri 15 Fev 2019 21:58:00 520 0

Böyük Britaniyanın safariparkında dişi Amur pələngi digər pələnglərlə dalaşma nəticəsində ölüb

Böyük Britaniyanın Lonqlit safari-parkında pələnglərin dalaşması nadir dişi Amur pələnginin ölümü ilə nəticələnib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 13 yaşlı "Şouri" adlı dişi pələng parkda 2006-cı ildən məskunlaşıb. Naməlum səbəblərdən "Şouri" digər iki pələngin - "Red" və "Yana"nın olduğu hər tərəfdən qəfəslənmiş əraziyə keçib. Bundan sonra heyvanlar arasında dalaşma başlayıb.

Hadisə baş verərkən park bağlı olub. "Red" və "Yana" zərər çəkməyiblər.