Tanış olduğu qadının evinə gedən şəxsi hədələyib pul aldılar Bakıda


Kriminal 15 Fev 2019 21:40:00 344 0

Tanış olduğu qadının evinə gedən şəxsi hədələyib pul aldılar  Bakıda

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Aydın Qurbanov, Mais Mirzəyev, Fərid Xudaverdiyev və Həmid Alməmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov ittiham aktını elan edib.

Növbəti məhkəmə iclasında fevralın 27-də davam etdiriləcək. 

Qeyd edək ki, həmin şəxslər Bakı şəhər sakini Vüsal Məmmədovdan (ad, soy ad şərti) hədə-qorxu ilə pul tələb ediblər.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.Məmmədov ötən il martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib.