""Sinema güzeli"nin qalibi olmağım çevrəmdəki insanlarda qısqanclıq yaratdı" Nüsrət Kəsəmənlinin nəvəsi VİDEO FOTO


Şou-biznes 15 Fev 2019 21:44:00 346 0

""Sinema güzeli"nin qalibi olmağım çevrəmdəki insanlarda qısqanclıq yaratdı"  Nüsrət Kəsəmənlinin nəvəsi  VİDEO  FOTO

Türkiyənin "Sinema Güzeli Yarışması" adlı müsabiqəsinin milli seçim turlarının final gecəsi keçirilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, final gecəsində münsiflərin səsverməsinə əsasən Cavidan Kəsəmənli, Fidan Qasımova, Elsevər Rəhimov və Cəmilə Hacızadə qalib olublar. Qaliblərdən biri Cavidan Kəsəmənli əməkdaşımızla söhbətində müsabiqə və müsabiqə barədə gəzən söz-söhbətlərdən danışıb. Gənc aktyorun sözlərinə görə, bu müsabiqə əvvəlkilərdən bəzi qaydalara görə fərqlənib:

"Martın 18-də Türkiyədə müsabiqənin finalı keçiriləcək. Hələlik hansı şəhərdə olacağı bəlli deyil. İndiyə qədər müsabiqədə ancaq görüntüyə önəm verilirdisə, Azərbaycandakı yarışmada oynadığımız tamaşalara əsasən qiymət aldıq. Bir oğlan, bir qız olmaqla, altı müəllimin hazırlaşdırdığı on iki nəfər var idi. Yəni, altı cütlük yarışırdı. Onlardan dörd nəfər qalib seçildi və biz dördümüz Azərbaycanı Türkiyədə təmsil edəcəyik. Qaliblər tamamilə obyektiv şəkildə seçilib. Çünki azərbaycanlı münsiflərin balı hesablanmadı. "Yeşilçam"ın məşhur aktyoru Engin Çağlar, Nuri Alço, Aleyna Solaker, Hakan Solaker (həm də yarışmanın təşkilatçısı) və digər münsiflər bizə qiymət verirdilər". 

C.Kəsəmənli müsabiqənin obyektivliyi barədə səsləndirilən fikirlərə də aydınlıq gətirib:


Xəbərə aid fotolar