Vərəmə qarşı tez təsiredici antibiotik aşkarlanıb


Digərləri 15 Fev 2019 21:47:00 234 0

Vərəmə qarşı tez təsiredici antibiotik aşkarlanıb

Amerika Birləşmiş Ştatlarından olan alimlər sübut ediblər ki, AN12855 adlı dərman vasitəsi hazırda "qızıl standartlar"a uyğun olan izoniazid preparatından daha effektlidir. Bundan başqa, preparat daha az rezistentlik əmələ gətirir.

Son.az bildirir ki, AZƏRTAC Amerika Mikrobioloqları Cəmiyyətinin saytına istinadla bu barədə xəbər verir.

Komandanın siçanlar üzərində apardığı eksperimentlərdə əsas fərqləndirici xüsusiyyət ağciyərlərin zədələnməsinin şiddətlənməsi ilə müşayiət edilən xəstəliyin modelinin təhlili olub. Müəlliflərin sözlərinə görə, bu, xəstəliyin tipik əlamətləridir ki, bunlar da yeni dərmanların testləşdirilməsi zamanı arabir nəzərə alınır.

Alimlər ciddi zədələnmələr olan toxumalarda törədici mikroblara qarşı mühüm fərqləri iki dərmanın səmərəliliyində aşkar ediblər.