"Azərsu"ya məxsus avtomobil avtobusla toqquşub FOTO


Digərləri 15 Fev 2019 21:22:00 223 0

"Azərsu"ya məxsus avtomobil avtobusla toqquşub  FOTO

Kürdəmir rayonunda yol qəzası baş verib. 

Son.az report-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı km-də, rayonun Çöhranlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini Füzuli Ata oğlu Əzimovun idarə etdiyi "Azərsu" ASC-yə məxsus "Mitsubishi" markalı pikapa dönmə əməliyyatı edərkən İlqar Məhəmməd oğlu Alıyevin idarə etdiyi sərnişin avtobusu çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə xeyli ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar