Bu gün Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür


Digərləri 15 Fev 2019 21:10:00 233 0

Bu gün Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür

Hər il fevral ayının 15-i dünyada Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu gün bütün dünyada onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara və onların ailələrinə kömək edilir və əhali maarifləndirilir. 

Bu gün həm də xərçəngdən əziyyət çəkən uşaqlara dünya ictimaiyyətinin diqqətini yönəltmək və onların problemlərinə şərik olmaq üçün şüarlar səslənilir. Bundan başqa bütün dünya xərçəng xəstəliyindən vəfat etmiş uşaqların xatirəsi anılır,  xərçəngə qalib gəlmiş uşaqların fədakarlığı qeyd edilir.

Uşaqlar arasında xərçəng  xəstəlikləri az olsa da, bütün xərçəng xəstəliklərinin 0.5%-1.5%-ni təşkil edir. Dünyada il ərzində hər 1 milyon uşaqdan 150-200 nəfərində xərçəng xəstəliyi qeydə alınır.