Yaponiya hökuməti "Fukusima1" AESdə nüvə yanacağının çıxarılmasını araşdırır


Dünya 15 Fev 2019 21:12:00 271 0

Yaponiya hökuməti "Fukusima1" AESdə nüvə yanacağının çıxarılmasını araşdırır

Yaponiya hökuməti "Fukusima-1" AES-də nüvə yanacağının çıxarılmasını araşdırmağa başlayıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələdən sonra yaranan nəhəng sunami dalğalarının sahilə çıxması "Fukusima-1" atom elektrik stansiyasında (AES) dəhşətli qəza ilə nəticələnib. Elektrik enerjisi verilişinin dayanması soyutma sisteminin sıradan çıxmasına səbəb olub ki, bu da 1, 2 və 3 nömrəli reaktorlarda yanacağın əriməsi, partlayış və böyük miqdarda radioaktiv maddələrin ətraf mühitə atılmasına gətirib çıxarıb.

Qəza nəticəsində qoruyucu örtüyün altında nüvə yanacağı qalıqlarının toplandığı güman edilir. Həmin qalıqlar 2017-ci ilin iyulunda 3 nömrəli, 2018-ci ilin yanvarında isə 2 nömrəli reaktorlarda aşkar edilib.

Mütəxəssislərin rəyinə görə, reaktorların söküntüsü zamanı yüksəkradiasiyalı qalıqların çıxarılması işin ən təhlükəli hissəsini təşkil edəcək.


Xəbərə aid fotolar