Anadan qızına uşaqlıq köçürüldü, hamiləlik baş tutdu


Digərləri 15 Fev 2019 21:18:00 232 0

Anadan qızına uşaqlıq köçürüldü, hamiləlik baş tutdu

Tibb elmində daha bir maraqlı hadisə baş verib. Belə ki, Çində 26 yaşlı qadın 33 həftəlik hamiləlikdən sonra uşaq dünyaya gətirib.

Son.az medicina.az-a istinadən bildirir ki, qadında Mayer-Rokitan sindromu- anadangəlmə uşaqlıq orqanı olmadığına görə, 2015-ci ildə ona 43 yaşlı anasının uşaqlığı köçürülmüşdü. 

Qız süni mayalanma ilə hamilə qalıb.