Çexiyada islam alimi bəraət alıb


Digərləri 15 Fev 2019 21:20:00 232 0

Çexiyada islam alimi bəraət alıb

Praqanın müsəlman icmasının sabiq rəhbəri və ərəbşünas Vladimir Sanka barəsində bəraət qərar qətidir. Xatırladaq ki, o, Bilal Filipsin bir çox Avropa ölkələrində qadağan edilmiş "Tövhidin əsasları - Tanrının islam konsepsiyası" kitabının tərcüməsi, nəşri və yayılması üzrə təqsirləndirilirdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çexiya Respublikasının Ali Məhkəməsi V.Sankanın üzərindən ittihamın götürülməsinə etiraz etməyə can atan ali dövlət prokuroru Pavel Zemanın iddia ərizəsini rədd edib. Vladimir Sanka ilk dəfə 2016-cı ildə Praqa-1 Rayon Məhkəməsində bəraət qazanıb. Daha sonra ikinci instansiya məhkəmələri işə yenidən baxıblar.


Xəbərə aid fotolar