Alimlər smoqa qarşı filtrli pəncərə işləyib hazırlayıblar


Digərləri 15 Fev 2019 21:05:00 213 0

Alimlər smoqa qarşı filtrli pəncərə işləyib hazırlayıblar

Çin alimləri smoqun filtrasiyası üçün intellektual filtrli pəncərə işləyib hazırlayıblar. Bu pəncərə qapalı məkanda ziyanlı PM2,5 zərrəciklərinin konsentrasiyasını bir dəqiqə ərzində təhlükəsiz səviyyəyə qədər azaltmağa imkan verir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni materialı Çin Elm və Texnologiya Universitetinin professoru Yuy Şuxun başçılıq etdiyi bir qrup tədqiqatçı hazırlayıb. Alimlərin bu nailiyyəti "iScience" elmi jurnalında dərc edilib.

İxtira nanolifli-neylon tərkibli materialdan ibarətdir. Bu material PM2,5 zərrəciklərinin qarşısını 99,65 faizə qədər səmərəli almağa, onların havadakı konsentrasiyasını cəmi 50 saniyədə azaldaraq bir kubmetr üçün 248 milliqramdan 32,9 milliqrama qədər endirməyə qadirdir.

Termoxromlu boyaq maddəsi ilə örtülən Ag-neylon toru otaqda işıqlandırmanın intensivliyini tənzimləməyə də imkan verir.