Səudiyyə Ərəbistanı kralı mülki işlər üzrə həbs olunan şəxsləri azadlığa buraxıb


Dünya 15 Fev 2019 21:08:00 222 0

Səudiyyə Ərəbistanı kralı mülki işlər üzrə həbs olunan şəxsləri azadlığa buraxıb

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Ər-Riyadın inkişafı üçün bir sıra yeni layihələrə start verilməsi münasibətilə şəhərdə bütün borcunu ödəyə bilməyən və mülki işlər üzrə həbs edilmiş insanların azadlığa buraxılması barədə sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, ödənilməli borcun məbləği 1 milyon Səudiyyə rialından artıq olmamalı və borclu şəxsin borcu ödəmək imkanı olmaması rəsmən təsdiqlənməlidir.