Tərxunun bilmədiyiniz


Digərləri 15 Fev 2019 20:49:00 260 0

Tərxunun bilmədiyiniz

Dadı ilə digər göyərtilərdən fərqlənən tərxun faydası ilə də adından söz etdirir.

Son.az axşam.az-a istinadən tərxunun bilmədiyiniz faydaları haqda məlumat verir:

1. Həzm prosesini yaxşılaşdırır. Yağlı və ağır yeməklər yeyən zaman tərxundan istifadə etməklə həzm prosesini asanlaşdırmaq mümkündür. O, mədənin fəaliyyətini gücləndirir.

2. Ağız boşluğunda və damaqda iltihab zamanı tərxun olduqca faydalı bir vasitədir. Həmçinin diş və baş ağrısı zamanı da tərxundan istifadə xeyirlidir.

3. Bu bitkidən tənəffüs yollarının müalicəsi zaman da istifadə edirlər.

4. Tərxunla damar divarlarındakı problemləri də aradan qaldırmaq mümkündür. Bu bitki qanı da təmizləyir.

5. Bu ətirli bitki sidikqovucu xassəyə malikdir. Müntəzəm olaraq tərxundan istifadə etməklə bədəndəki duzları xaric etmək olar.