Bakıda naməlum avtomobil 20 yaşlı qızı vurub qaçdı


Digərləri 15 Fev 2019 20:24:00 192 0

Bakıda naməlum avtomobil 20 yaşlı qızı vurub qaçdı

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Nizami rayonu, Özbəkistan küçəsində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nərminə Rəsulova naməlum avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırmalara başlanıb.