Neftçaladakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir (FOTO)


Digərləri 15 Fev 2019 20:10:00 315 0

Neftçaladakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir (FOTO)

Neftçala rayonundakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir

Bakı. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə birgə nazirliyin sifarişi ilə rayonda yaradılmış günərzi qayğı mərkəzinə baxış keçiriblər. Nazirliyindən Trend-ə verilən məlumata görə, mərkəz çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədi ilə yaradılıb. Burada 30-dan çox uşaq gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlərlə təmin edilir. Onların bacarıqlarının artırılması üçün müvafiq işlər aparılır. Bunun üçün uşaqların maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər yaradılıb. Azyaşlıların vaxtlarının səmərəli keçməsi məqsədilə onlar üçün müxtəlif mədəni tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintilər də təşkil olunur.