Çörək sexində fəhlə müdirilə mübahisə etdi, onu bıçaqladı...


Kriminal 15 Fev 2019 19:14:00 314 0

Çörək sexində fəhlə müdirilə mübahisə etdi, onu bıçaqladı...

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 13 il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı şəhəri NZS qəsəbəsində çörək sexində fəhlə işləyən İ.Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb.

Hadisədən sonra İ.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son.az