Azyaşlı tamaşaçılar sevinəcək: “Danışan gəlincik” nağılpyesi


Kriminal 15 Fev 2019 18:44:00 556 0

Azyaşlı tamaşaçılar sevinəcək: “Danışan gəlincik” nağılpyesi

Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümündə bir çox uğurlu layihələr gerçəkləşdirməklə bərabər fərqli janrda, yeni, maarifləndirici, müxtəlif kontingenti əhatə edən tamaşaların da repertuarına əlavə olunmasına eyni həssaslıqla yanaşır.

Son.az xəbər verir ki, tamaşaların davamlı olaraq nümayişini təşkil etmək məqsədi ilə teatr rəhbərliyi aylıq repertuar planını təsdiqləyir, teatrda yaradılmış  marketinq prinsipi ilə ictimai nəqliyyatda, sosial şəbəkələrdə, ASAN Xidmət Mərkəzində və müxtəlif ali təhsil ocaqlarında hər kəs  tamaşalar barədə vaxtaşırı məlumatlandırılır.

Cari mövsümdə daha çox axşam tamaşaları ilə şəhər sakinlərinin görüşünə gələn SDDT  nəhayət azyaşlı tamaşaçıların maraqla izləyə biləcəyi, təhsil almanın vacibliyinin,  valideynlərin övladlarına  dəstək olaraq  onları bu yöndə motivasiya etmələrinin  asan, anlaşıqlı dillə və  dialoqlarla vurğulandığı  bir  tamaşanı təhvil verdi.