12 il öncə ölən Barış Akarsunun səsyazıları ortaya çıxıb


Digərləri 15 Fev 2019 18:49:00 221 0

12 il öncə ölən Barış Akarsunun səsyazıları ortaya çıxıb

2007-ci ildə yol qəzasında həyatını itirən türkiyəli ifaçı Barış Akarsunun ailə maraqlı açıqlama verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ailə Aksunun heç yerdə işıq üzü görməmiş mahnılarının olduğunu bildirib.

"12 il sonra yeni albomu çıxır. Çox səs-küylü olacaq. Albom üçün çox yaxşı bir musiqi şirkətinin axtarışındayıq. Əgər güvənə biləcəyimiz yaxşı bir prodüser və ssenarist tapa bilsək, həyatından bəhs edən gözəl bir film də çəkəcəyik" deyə, ailədən məlumat verilib.