Yeni işıqforlar quraşdırılacaq


Digərləri 15 Fev 2019 18:17:00 212 0

Yeni işıqforlar quraşdırılacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) ilə Milli Paralimpiya Komitəsi (MPK) arasında memorandum imzalanıb.

Bu barədə Son.az-a Agentlikdən bildirilib.

Sənədi BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli və MPK-nın prezidenti İlqar Rəhimov imzalayıblar.

Memarandum nəqliyyat dəstəyi və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir.