Türkiyədə 159 yaşayış məntəqəsində məktəblər bağlandı


Dünya 15 Fev 2019 18:04:00 213 0

Türkiyədə 159 yaşayış məntəqəsində məktəblər bağlandı

Türkiyənin şərqində 159 yaşayış məntəqəsində güclü qar yağması səbəbindən məktəblərdə dərslər dayandırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar yüzlərlə kəndlə əlaqənin də kəsildiyi bildirilir.

Bu bölgəyə artıq dünəndən aramsız qar yağmağa başlayıb, hava şəraitinin əlverişsiz keçməsi ilə bağlı xəbərdarlıq edilib.