Memarlıq və İnşaat Universitetinin müəllimləriə Lester Universitetinin sertifikatları təqdim edilib


Digərləri 15 Fev 2019 18:08:34 196 0

Memarlıq və İnşaat Universitetinin müəllimləriə Lester Universitetinin sertifikatları təqdim edilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının ingilis dili müəllimləri üçün keçirilən “Mini CELTA” təlimi bu gün yekunlaşıb.

Bakı. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının ingilis dili müəllimləri üçün keçirilən “Mini CELTA” təlimi bu gün yekunlaşıb. Universitetdən Trend-ə verilən məlumata görə, təlimdə AzMİU-nun 19 müəllimi iştirak edib. Böyük Britaniyanın Lester Universitetinin mütəxəssisi Dagmara Grabas tərəfindən 1 həftəlik təlimi uğurla başa vuran müəllimlər sözügedən universitetin sertifikatlarını əldə ediblər.