Riberi: “Getsəm də, qayıdacağam”


İdman 15 Fev 2019 18:00:00 214 0

Riberi: “Getsəm də, qayıdacağam”

Bayern Münich-in yarımmüdafiəçisi Frank Riberi klubda gələcəyinə aydınlıq gətirib.

Goal.az xəbər verir ki, onun müqaviləsi mövsümün sonunda başa çatır.

“Yeni müqavilə barədə bir şey deyə bilmərəm. Qarşıdakı həftələrdə nə olacağına baxacağıq. Bayer Münich-ə faydalı olacağamsa, qala bilərəm. Rəhbərliklə müzakirələrimiz olacaq. Klubda tarix yazmışam, rekordlara imza atmışam. Yaşıma baxmayaraq, oynamaq istəyirəm. Futboldan doymamışam. Futbolçu kimi ayrılsam da, doğma klubuma vəzifə sahibi kimi qayıdacağam. Müqaviləmdə belə yazılıb. Gənclərə kömək etmək istərdim”,- Riberi bildirib.