Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub


Digərləri 15 Fev 2019 17:47:23 201 0

Neftçalada özünüməşğulluq  proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub

Neftçalada işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Bakı. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə birgə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış ayrı-ayrı ailə təsərrüfatlarına baxış keçiriblər. Nazirlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ildə Neftçala rayonunda əvvəlki illə müqayisədə 7 dəfə çox olmaqla 91 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilib. Həmin şəxslərdən 89 nəfəri biznes-planlarını uğurla müdafiə edərək proqramın iştirakçısı olub. Onlardan artıq 63 nəfərə proqram əsasında mal və materiallar verilib və qalan şəxslərin də mal və materiallarla təminatı davam edir. Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların böyük əksəriyyəti heyvandarlıq, qalan hissəsi isə xidmət sahələri üzrədir. S.Babayev proqram iştirakçıları ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına imkan yaratdığını vurğulayıb.