Qərarı UEFA verəcək


İdman 15 Fev 2019 17:34:00 229 0

Qərarı UEFA verəcək

Tottenham ÇL-nin ¼ finalında ev matçını yeni stadionunda keçirmək niyyətindədir.

Goal.az xəbər verir ki, İngiltərə klubu bununla bağlı UEFA ilə danışıqlar aparır. Qitə futbol qurumu yaxın vaxtlarda qərarını açıqlayacaq. ÇL çərçivəsində səfərdə Borussia üzərində əldə olunan qələbə (0:3) londonluların ¼ final şansını artırıb. İngiltərə çempionatında son 5 ev matçını isə Tottenham “ Uembli”-də keçirəcək. Yeni arena 62 min tamaşaçı tutumuna malikdir.