Sabunçuda 5 otaqlı ev yanıb


Digərləri 15 Fev 2019 17:19:00 210 0

Sabunçuda 5 otaqlı ev yanıb

Bakının Sabunçu rayonunda ümumi sahəsi 170 kv.m olan ev yanıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Yüksək temperaturdan 1 otağın lambirindən ibarət tavanı 15 kv.m sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.