Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək (FOTO)


Digərləri 15 Fev 2019 16:55:00 225 0

Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək (FOTO)

Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək.

Bakı. Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyaya səfəri çərçivəsində bu ölkənin Baş nazirinin ticarət elçisi Baronessa Nikolsonla görüşüb. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Ə.Qarayev Azərbaycanla Böyük Britaniya arasında mədəni əlaqələrdən danışaraq qeyd edib ki, iki ölkənin mədəni əlaqələri müstəqillik dövründə sürətlə inkişaf edib və əlaqələrin inkişafında "British Council"ın böyük rolu var. Nazir "British Council" ilə imzalanmış niyyət sazişi barədə məlumat verərək bildirib ki, bu sənəd Böyük Britaniya ilə Azərbaycan arasında mədəni və yaradıcı sənayelərin inkişafı ilə bağlı təcrübə mübadiləsi, kitabxana, muzey və digər sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək. Görüşdə iştirak edən "British Council"ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Summer Xia da mədəniyyət sahəsində əməkdaşlıq barədə məlumat verərək "British Council" ilə Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti nəticəsində bir sıra layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Baronessa Nikolson, öz növbəsində, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dəstək göstərməyə hazır olduğunu, Azərbaycana səfərləri zamanı ölkənin mədəniyyətinə və tarixinə böyük maraq göstərdiyini, muzeyləri ziyarət etdiyini və Azərbaycan mədəniyyətinin onda dərin təəssürat yaratdığını qeyd edib. O, həmçinin yaxın zamanda Bakıya səfər edəcəyini və səfər çərçivəsində bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırdığını diqqətə çatdırıb. Ə.Qarayev ticarət elçisini Bakıya səfəri zamanı Xalça Muzeyi, Muğam Mərkəzi və digər mədəniyyət müəssisələrini ziyarət etməyə dəvət edib. Baronessa Nikolson bir sıra ölkələrdə onun şəxsi təşəbbüsü ilə mədəniyyət və musiqi sahələrində layihələrin həyata keçirildiyini, bu layihələrin bəzilərinin Azərbaycanla da bağlı olacağını və Azərbaycan təcrübəsinin bu istiqamətdə ona kömək edə biləcəyini qeyd edib. Nazir həmin layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduğunu bildirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin