Yararsız və vaxtı keçmiş məhsulların saxlanıldığı yerlər müəyyən ediləcək


Digərləri 15 Fev 2019 16:49:00 208 0

Yararsız və vaxtı keçmiş məhsulların saxlanıldığı yerlər müəyyən ediləcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib. 

Agentlikdən Son.az-a daxil olan müraciətdə bildirilir ki, Azərbaycanda istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunan pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin istehsalı, saxlanması, satışı və tətbiqi yolverilməzdir.

Məlumata görə, Agentlik tərəfindən istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə inventarlaşdırma komissiyası yaradılıb.