Venqer Real-dan əlini üzdü


İdman 15 Fev 2019 16:32:00 276 0

Venqer Real-dan əlini üzdü

Arsenal-ın sabiq baş məşqçisi Arsen Venqer Madrid Real-ına rəhbərlik etmək şansının indi sıfıra bərabər olduğunu bildirib.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis “kral klubu”ndan aldığı təklifi dəyərləndirmədiyi üçün təəssüfləndiyini etiraf edib.

“Məncə, heç bir məşqçi Real-da çalışmaqdan imtina etməz. Madrid təmsilçisi mənə bir neçə dəfə təklif göndərdi. Dəyərləndirmədiyimə təəssüflənirəm. Artıq gecdir. Şansı əldən verdim. Daha heç vaxt Real-da olmayacağam. Arsenal-a bağlılığım mənim qabağımı kəsdi. O vaxt ümumi məqsədlər üçün çalışırdım. Özümə söz vermişdim ki, ayrılmyacağam. Bəlkə də səhv qərar idi, bilmirəm”,- çalışdırıcı deyib.

Xatırladaq ki, Venqer 22 il (1996-2018) Arsenal-da işləyib. Fransalı mütəxəssis 2005-ci ildə Real-dan aldığı təklifi geri çevirib. Növbəti mövsümdə London təmsilçisini Çempionlar Liqasının finalına yüksəldib.