İctimai Radioda yeni departament və şöbə yaradılacaq


Digərləri 15 Fev 2019 15:55:00 243 0

İctimai Radioda yeni departament və şöbə yaradılacaq

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının növbəti iclası keçirilib.

Son.az report-a istinadən xəbər verir ki, iclasda Yayım Şurasının sədri Muxtar İmanov, İTV-nin Baş direktoru Balakişi Qasımov və Şura üzvləri Həsən Cəfərov, Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Mirhəsən Seyidov, Sevil Yusifova, eləcə də Şuranın katibi Natavan Bayramova iştirak ediblər.

Toplantı zamanı 2018-ci ilin nəticələri və maliyyə hesabatı, 2019-cu il üçün nəzərdə tutulan planlar, İctimai Televiziya tərəfindən lisenziyası alınmış xarici bədii filmlərin Azərbaycan dilində dublyajının təşkili, yayımlanması və digər cari məsələlər müzakirə olunub.