“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”


Şou-biznes 15 Fev 2019 15:37:00 213 0

“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”

Azərbaycanın tanınan müğənnilərinin özəl həyatı vaxtaşırı gündəmə gəlir. İctimai maraq müğənnilərin yaradıcılığından çox, onların şəxsi həyatına yönəlir.

Əslində, bütün dünyada media siyasətçilərdən, ədəbiyyatçılardan və digər peşə sahiblərindən daha çox müğənnilərin, eləcə də aktyorların barəsində xəbərlər yaymağa çalışır. Çünki bu xəbərlər daha tirajlı olur.  

Azərbaycanda aktyorlardan da ən çox müğənnilər haqda xəbərlərə maraq var. Əsasən də qadın müğənnilərə. Onların sənəti, yaradıcılığı kimsəni maraqlandırmaz. Allah tərəfi, dərin sənət nümunəsi ortaya qoyan da yoxdu, onlardan bunu tələb edən də. "Rakkada-çıkkada" mahnılarla millətin sevimlisinə çevrilmək mümkündüsə, özlərini niyə çətinə salıb, vaxtlarını, enerjilərini, paralarına boşuna xərcləsinlər?!

Son vaxtlar bəzi qadın müğənnilərin sponsorları haqda da maraqlı və ziddiyyətli məlumatlar yayılır. Bu məsələdə müğənni Damlayla Şəbnəm Tovuzlu öndə gedir yazsaq, yəqin ki, yanılmarıq.

Son.az xəbər verir ki, musavat.com-a verilən məlumata görə, Damlaya maddi dəstək verən şəxs Azərbaycanın qərb rayonlarından birinin icra strukturunda yüksək vəzifə tutur. Onun sabiq nazirlərdən birinin xalası nəvəsi olduğu haqda məlumatlar var. Mənbəmiz musavat.com-a həmin məmurun adını deyib, fotosunu yollayıb. Amma bəzi etik səbəblərdən Damlanın sponsor-sevgilisinin adını hələlik yazmağı məqsədə uyğun bilmirik. Mənbə bildirir ki, həmin məmur çox zəngindir. Onun bölgələrdə, paytaxt Bakıda və xarici ölkələrdəki mal varlığı haqda da bəzi bilgilər əldə etmişik. Mənbənin iddiasına görə, adam o qədər zəngindir ki, 15-20 müğənni saxlamaq imkanlarına malikdir. Onun adı yerli mətbuatda, demək olar ki, indiyədək hallanmayıb.  

Damlanın sevgilisi iddia edilən şəxs


Xəbərə aid fotolar